İdmanGündəm

Klublararası dünya çempionatı: PSJ bu gün “Real Madrid”lə üz-üzə gələcək

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında bu gün yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.

İnfososium.az “Azərtac”-a istinadən xəbər verir ki, finala gedən yolda Fransanın PSJ klubu ilə İspaniyanın “Real Madrid” komandası üz-üzə gələcək.

İst Raterford şəhərində yerləşən “MetLayf” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bu görüşün qalibi həlledici matçda İngiltərə təmsilçisi “Çelsi” ilə qarşılaşacaq. Final oyunu iyulun 13-də gerçəkləşəcək.

Oxşar Xəbərlər

Back to top button