Analitika

Laçına qayıdış prosesinin başlanması böyük tarixi hadisədir

“Dövlətimiz tərəf­indən “Böyük Qayıdış” planına uyğun olar­aq məcburi köçkünlər­in doğma yurd-yuvala­rına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Böyük Qayıdışın təmin edilməsi,​ 30 ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə köçürülməsi üçün hazırda Qarabaöda genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu xüsusda bir neçə gün əvvəl 20 ailənin köçürüldüyü Laçın rayonunu vurğulamaq lazımdır. Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir”.

Bu sözləri “İnfososium.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Laçın rayonunda yeni yaşayış massivləri, müəssisələr, məktəblər, xəstəxanalar tikilir, avtomobil və dəmiryol xətlərinin çəkilişləri həyata keçirilir.​ Bu gedişat onu deməyə əsas verir ki, vətəndaşların daha da sürətlə Laçına köçürülməsi prosesinə başlanılacaq. Sürətli bərpa-quruculuq işləri bunu əminliklə söyləməyə imkan verir. İnsanlarımız​ həsrətində olduqları​ doğma yurdlarına köçəcək, bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq. 

“Laçın sakinlərinin Qayıdış proqramında işlə təmin olunması da cənab Prezident İlhan Əliyevin diqqət mərkəzindədir. Bununla bağlı Laçın rayonunda 40-dan çox iri və xırda müəssisələrinin tikintisi işləri aparılır. Burada mebel, tekstil istehsalı və digər müəssisələr qurulur. Artıq ilkin mərhələ olaraq işlərin böyük bir qismi aparılıb. Buradakı müəssisələrdə 1000-dən çox Laçın sakininin işləməsi nəzərdə tutulub”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu ilin sonuna qədər on minə yaxın bəlkə də daha çox laçınlı ata-baba yurdlarına köçürüləcəkdir. Cənab Prezidentin dediyi kimi: “Laçın, nəinki Azərbaycanın, dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcək”. 

Onun sözlərinə görə, şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir.

Oxşar Xəbərlər

Back to top button