Müstəqil Dövlətlər Birliyində də (MDB) Azərbaycanın iştirakı bu konteksdə təmin olunur. Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilib. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunub. MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir. Bu platformada Azərbaycan fəaliyyəti birbaşa öz milli və dövlət maraqlarını ehtiva edir. Prezident İlham Əliyevin cari ilin 13 oktyabr tarixində Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı da bu məqamı xüsusi olaraq vurğulayıb. “Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur”, – deyə İlham Əliyev vurğulayıb. Bu gün də MDB-yə üzv ölkələrlə Azərbaycanın sıx əməkdaşlıqları mövcuddur və müəyyən məsələlərdə bu əməkdaşlıq daha da inkişaf etdirilir. Davam edən əlaqələr fonunda Azərbaycan hər zaman öz maraqlarından çıxış edərək bu əlaqələrin davam etməsi və ya dayandırılmasını təmin edib. Azərbaycan Prezidentinin dedikləri həqiqətdir. Hesab edirəm ki, böyük bir coğrafiyanı əhatə edən MDB-yə zamanında qoşularaq bu prosesi ağrısız keçmək doğru qərar olub”. Azərbaycan Prezidenti çıxışı zamanı vurğuladı ki, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı