AnalitikaGündəmİqtisadiyyatSiyasət

Mədən və metallurgiya sektorunda idarəetmənin müasirləşdirilməsi vacib amildir

Dağ-mədən sənayesində böyük layihələrin həyata keçirilməsi müasir idarəetmə sistemlərinin tətbiqini tələb edir. Layihənin hazırlanmasından istehsal prosesinin idarə olunmasına qədər bütün mərhələlərdə düzgün planlaşdırma və nəzarət mexanizmlərinin yaradılması mühüm əhəmiyyət daşıyır.

İri sənaye layihələri müxtəlif sahələrin fəaliyyətini birləşdirir. Geoloqlar, mühəndislər, iqtisadçılar, ekoloqlar, logistika mütəxəssisləri və digər peşə sahibləri vahid layihə çərçivəsində fəaliyyət göstərməlidirlər. Bu baxımdan effektiv koordinasiya layihələrin vaxtında və müəyyən edilmiş parametrlər üzrə həyata keçirilməsinə kömək edə bilər.

Rəqəmsal idarəetmə sistemlərinin tətbiqi də proseslərin şəffaflığını və operativliyini artıra bilər. İstehsal göstəricilərinin, maliyyə xərclərinin, avadanlıqların vəziyyətinin və ekoloji parametrlərin elektron sistemlərdə izlənilməsi qərarların daha çevik qəbul edilməsinə şərait yaradır.

Yeni Dövlət Proqramının icrası çərçivəsində idarəetmə mexanizmlərinin dəqiq müəyyənləşdirilməsi layihələrin nəticələrinin qiymətləndirilməsini asanlaşdıra bilər. Bu yanaşma dövlət və özəl sektorun iştirak etdiyi layihələrdə məsuliyyət bölgüsünün daha aydın müəyyənləşdirilməsinə də imkan verər.

Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button