“Fənərbaxça”nın keçmiş futbolçusu Allan Saint-Maximin Fransa televiziya kanalına müsahibəsində klubla bağlı sensasiya doğuracaq açıqlamalar verib.
İnfososium.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur oyunçu texniki direktor Joze Mourinyonun “Fənərbaxça”da çempionluq üçün böyük səy göstərdiyini ifadə edərək, klub ətrafında yaşanan problemlərə də diqqət çəkib.
“Mourinyo çempionluğu qazanmaq üçün əlindən gələn hər şeyi etdi. Mən də buraya çempion olmaq üçün gəlmişdim. Amma klubun ətrafında həddindən artıq çox şey var, problemli məsələlər… Bir nümunə verim: orada mənə hətta dopinq qəbul etdirməyə çalışdılar”, – futbolçu bildirib.
Bu açıqlamalar həm Türkiyə, həm də Avropa futbol gündəmini sarsıtsa da, “Fənərbaxça”dan hələ ki, rəsmi cavab gəlməyib.