Seçki prosesində qeydə alına biləcək bütün pozuntuları ciddi qiymətləndirəcəyik.
İnfososium.az “Report”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün müvafiq addımlar atılacaq.
Qeyd edək ki, 2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.