DünyaGündəm

Murat Kurum: 196 ölkə iqlim dəyişikliyini Türkiyədə müzakirə edəcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Türkiyədə keçirilməsi ilə bağlı danışıqlar Braziliyanın Belem şəhərində uğurla başa çatıb. 196 ölkənin nümayəndəsi iqlim dəyişikliyi gündəliyi üçün 2026-cı ildə Türkiyədə toplaşacaq.

İnfososium.az xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum səsləndirib.

Nazir bildirib ki, razılığa əsasən Türkiyə COP31-ə ev sahibi olacaq, Avstraliya isə danışıqlar prosesinə rəhbərlik edəcək.

M.Kurumun sözlərinə görə, BMT-nin qaydalarına əsasən Avstraliya və Türkiyənin daxil olduğu Qərbi Avropa və Digər Dövlətlər Qrupunun (WEOG) bütün üzvləri məsələ ilə bağlı yekdil razılığa gəlib.

Pre-COP adlı iclas isə Sakit Okean hövzəsindən bir dövlətdə keçiriləcək.

Türkiyənin “ədalətli və balanslaşdırılmış bir konfrans təşkil etmə” öhdəliyini öz üzərinə görürdüyünü vurğulayan M.Kurum, COP31-lə bağlı qərara dəstək verən bütün ölkələrə təşəkkürünü bildirib.

Nazir bəyan edib ki, Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə aktiv diplomatik səyləri davam etdirəcək: “COP31 çərçivəsində bəşəriyyətin gələcəyinə qətiyyətlə töhfə verərək, əvvəlki COP-larda əldə olunan impulsu şəffaf və hərtərəfli şəkildə davam etdirəcəyik. İnanıram ki, COP31 prosesini Avstraliya ilə birlikdə ədalətli, hərtərəfli, iştirakçı və şəffaf bir yanaşma ilə heç bir tərəfi görməzdən gəlmədən uğurla həyata keçirəcəyik”.

M.Kurum əlavə edib ki, Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətini, hər platformada beynəlxalq əməkdaşlığa səmimi yanaşması ilə nümayiş etdirir.

Oxşar Xəbərlər

Back to top button