MaraqlıSosial

Müşfiq Nəsirli Mikayıl oğlu tərəfindən keçirilən “Heydər Əliyev irsinin tarixi və gələcək izləri” mövzusunda layihənin 2-ci günü təşkil olundu

6 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Türk Ağsaqqalları İctimai Birliyinin tərəfdaşlığı ilə TAİB-in mərkəzi ofisində, TAİB GT-ın sədr müavini Müşfiq Nəsirli Mikayıl oğlunun “Heydər Əliyev irsinin tarixi və gələcək izləri” adlı tədbiri keçirilmişdir.

İnfososium.az xəbər verir ki, tədbirdə Türk Ağsaqqalları Birliyinin Sədri, AMEA-nın müxbir üzvü, Uroloq, Tibb Elmləri doktoru Professor, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, məşhur “91”-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Keçmiş Milli Məclis Deputatı- Sudeif İmamverdiyev və təşkilatın idarə heyətinin üzvləri, Azərbaycan Respublikasının xalq rəssamı, Heykəltaraş Professor,Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar Akademiyasının Prorektoru – Fuad Salayev, Azərbaycan Ağsaqqallar Şurasının idarə heyətinin üzvü , 1-ci Qarabağ müharibəsinin iştirakçısı, Professor, Azərbaycan Respublikasının əməkdar müəllimi – İbrahim Quliyev, Nizam intizam komissiyasının sədri , Keçmiş dövlət qulluqçusu – Nüsrət Paşayev, TAİB-in qadınlar şurasının sədr müavini, şairə – Sara Göyçəli çıxış etdi

Tədbirdə Azərbaycan Xalqının Xilaskarı Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş Video-çarx nümayiş olunub. Sənətkar Xəyyam Səmədovun əl işi olan sapla toxuduğu Heydər Əliyevin portreti nümayiş olundu. Daha sonra çıxış edən rəsmi nümayəndələr Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı danışıb öz xatirələrini bölüşdülər.

Oxşar Xəbərlər

Back to top button