AnalitikaGündəmOrdu
Trend

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi qələbə qazanıldı

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanın qəhrəman övladlarının şərəfinə qeyd olunan əlamətdar günlərdən biridir. Bu tarix ordu quruculuğu sahəsində əldə olunan uğurların dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Ordusu müstəqilliyimizin ilk illərində ciddi sınaqlarla üzləşmişdir. Lakin həyata keçirilən uğurlu siyasət nəticəsində güclü və peşəkar ordu formalaşdırılmışdır.

Ordumuzun inkişafında dövlət qayğısı və xalq dəstəyi mühüm rol oynamışdır. Bu birlik Silahlı Qüvvələrimizin güclənməsini təmin etmişdir.

Hərbi qulluqçularımız Vətənə sədaqət andına daim sadiq qalmışlar. Onlar ölkəmizin təhlükəsizliyi naminə böyük fədakarlıqlar göstərmişlər.

Vətən müharibəsində Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq nümunələri yaratmışdır. Döyüş meydanında nümayiş etdirilən igidlik bütün dünyada böyük rəğbətlə qarşılanmışdır.

Şəhidlərimiz torpaqlarımızın azadlığı uğrunda canlarından keçmişlər. Onların əziz xatirəsi xalqımız üçün müqəddəsdir.

Qazilərimizin göstərdiyi şücaət də xüsusi ehtiramla qarşılanır. Onlar Azərbaycan gəncliyi üçün vətənpərvərlik nümunəsinə çevrilmişlər.

Bu gün dövlətimiz şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərir. Bu münasibət onların xidmətlərinə verilən yüksək dəyərin göstəricisidir.

26 İyun bayramı qəhrəman oğul və qızlarımızın şücaətinin xalqımızın yaddaşında əbədiləşdiyini bir daha nümayiş etdirmişdir.

Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button