Elm və Təhsil
Nazir: Zəlzələ bölgəsindəki tələbələrin meyarları uyğun gələrsə, yerli ali təhsil müəssisələrinə köçürüləcəklər
Elm və təhsil naziri Emin Əmrullayev Türkiyədə zəlzələ bölgəsində təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi məsələsinə aydınlıq gətirib.
İnfososium.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi prosesinin müvafiq qaydalara əsasən aparıldığını bildirib: “Əgər müraciət edən tələbələrin meyarları uyğun gələrsə, bu tələbələr yerli ali təhsil müəssisələrinə köçürüləcək. Burada onların topladığı bal, dil sertifikatları, oxuduğu universitetin ortalama göstəriciləri nəzərə alınır. Əgər tələbə yalnız attestatla qəbul olunubsa, ölkədə keçid balını toplamayıbsa, köçürülmə həyata keçirilmir”.