Nizami Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Yavər Səfərov küçəsi 10” ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş videoçarxın nümayişindən sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Tibb Mərkəzinin direktoru Vəfa Hüseynova, mərkəzin İnsan resursları şöbəsinin müdiri Elnarə Həsənova, həkim Şəhriyar Camalzadə və başqaları çxıxış ediblər.
Çıxışlardan sonra yubiley yaşında olan partiya veteranları təltif edilib, partiyaya üzv qəbul edilmiş bir qrup şəxsə isə vəsiqələri təqdim olunub.




