
Bu il yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə ölkə başçısının su problemlərinə strateji yanaşmasını nümayiş etdirir. Qəbul olunan Dövlət proqramı dünyada su probleminin mövcud olduğu bir zamanda ölkəmizdə su idarəçiliyində yeni yanaşmanın təşviqinə, problemin həlli yollarının araşdırlmasına və su itkisinin qarşısının alınmasına xidmət edir. İki mərhələdə (2026-2030 və 2031-2035) həyata keçiriləcək proqramın icrası zamanı su və kanalizasiya infrastrukturunun tam yenilənməsi, fasiləsiz su təminatı səviyyəsinin 95%-ə çatdırılması nəzərdə tutulub. Ölkədə su təhlükəsizliyini təmin etməyi hədəfləyən proqram əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə və Azərbaycanın beynəlxalq standartlara uyğunlaşdırılmasına, xüsusilə böyük şəhərlərdə urbanizasiya problemlərinin həllinə zəmin yaradacaq. Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın.
O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.Ökəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə əsas infrastruktur məsələləri öz həllini tapmışdır. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olunmuşdur.
Bu istiqamətdə xeyli iş görülsə də, əfsuslar olsun ki, Bakının və Abşeron yarımadasının içməli su problemləri uzun illər ciddi problem kimi qarşıda durur. Genişmiqyaslı və müfəssəl dövlət proqramı hazırdır. Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Gözlənilən nəticə və nəticə indikatorlarına əsasən, məişət və kanalizasiya xidmətləri ilə əhatə olunan əhali sayının artması, məhəllədaxili və binadaxili su şəbəkələrinin 80 faizdən çoxunun yenilənməsi, sayğac əsaslı su uçotu sistemlərinin tətbiqi ilə su istehlakının effektiv idarə olunması nəzərdə tutulur.
Gunel Əlizadə
Yeni Azərbaycan Partiyası,məsləhətçi



