Ölkə rəsmiləri su probleminə görə təcili toplandı
“Azərbaycanın su ehtiyatlarının 70 faizə qədəri ölkə xaricində formalaşır və transsərhəd çaylar vasitəsilə yaranır. Ölkəmiz adambaşı su ehtiyatının miqdarına görə 100-lükdə 90-cı yerdədir”.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, qlobal iqlim dəyişiklikləri Azərbaycanda da özünü göstərib: “Bütün bunlara görə məhdud su ehtiyatlatımızdan səmərəli istifadə olunmalıdır.
Son illər su ehtiyatlarımız azalır. 50-ci ilə qədər su ehtiyatlarımız 15-20 faiz azalacaq”.
Qeyd edək ki, tədbirdə, həmçinin “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov da iştirak edirlər.