AnalitikaGündəm

Ölkəmiz çoxtərəflilik prinsipinin tərəfdarıdır

Azərbaycan Prezidentinin BRİCS sammitində iştirakı olduqca mühüm əhəmiyyət kəsb edir. Dünyada çətin və mürəkkəb proseslərin getdiyi, siyasi, iqtisadi katakilizmlərin, müharibə və münaqişələrin günü-gündən daha da şiddətləndiyi bir dövrdə yeni əməkdaşlıq perspektivlərinin ön planda olması olduqca önəmlidir. Qeyd etmək laızmdır ki, çoxvektorlu siyasət həyata keçirən Azərbaycan uzun illərdir ki, Qərb dövlətləri və güc mərkəzləri tərəfindən ikili standartlarla və qərəzli münasibətlə üz-üzə qalır. Bu baxımdan da BRICS-ə üzv olmaq Azərbaycan üçün yeni imkanlara fürsət verir.

Qərbmərkəzli qlobal dünya nizamına alternativ bir qrup olaraq təqdim edilən BRICS, dünya əhalisinin 40%-ni (3.6 milyard), planetin 40 milyon kv kilometrini, qlobal iqtisadiyyatın isə 30%-ni əhatə edir. BRICS-ə üzv olmaq istəyən dövlətlərin sayı ilbəil artmaqdadır.

“Bu günə qədər 40-dan çox ölkə BRICS-ə üzv olmaq niyyətlərini bildiriblər. Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Qoşulmama Hərəkətində uğurlu sədrliyimizdən sonra Azərbaycan bu təşkilatda hələ də aktiv və səmərəli fəaliyyət göstərir. Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib”. Həmçinin, Azərbaycan COP29 sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Azərbaycan artıq bu iki qütb arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək. Bu konteksdə həm də BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir.

Azərbaycan hökuməti avqust ayının 20-də BRICS təşkilatına üzv olmaq üçün rəsmi qaydada müraciət ünvanlayıb.
Həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin iyul ayında Astanada təşkil edilmiş sonuncu zirvə görüşü zamanı Azərbaycan Çin ilə strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyənnamə imzalamışdır. Bu, Azərbaycanın Qərbdən kənar alternativ güclərlə də siyasi-iqtisadi təmasları şaxələndirməyə maraqlı olduğunu göstərir. Əlavə olaraq, Azərbaycan tərəfi Şanxay Əməkdaşlıq Təşkilatında 8 ildir tutmuş olduğu dialoq üzrə tərəfdaşlıq statusundan müşahidəçi statusuna yüksəldilməsi üçün də müraciət edib.

Azərbaycanın bu təşkilata üzvlüyü ilk növbədə bizim iqtisadi maraqlarımızdan irəli gəlir. Bu qurumun çox ciddi iqtisadi potensialı var və Azərbaycan dövləti faktiki olaraq dünyanın ən böyük əraziyə, ən böyük əhaliyə və ən böyük iqtisadiyyata malik , onluğuna düşən dövlətləri ilə bir sırada dayanacaq . Bu təşkilata üzvlük Azərbaycana çox ciddi investisiya cəlbi baxımından da əhəmiyyətlidir.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button