Analitika

Prezident İlham Əliyev: Azərbaycan-İsrail mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir

Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir.

Belə ki, İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri  yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 

Azərbaycan tarixən müxtəlif millətlərin və fərqli dinlərin daşıyıcılarının dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın hökm sürdüyü ölkədir. Azərbaycanda hər zaman hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu müdrik siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri və iki ölkə arasında prezidentlərin birgə bəyənatları bir daha sübut edir ki, bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir.  

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin İsrail Prezidenti İsxak Hersoqla birgə mətbuata verdiyi bəyanatında da qeyd olunur ki, “Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.” 

Bəhruz Rüstəmov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button