
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev siyasi məktəbinin varisi və ən layiqli davamçısı kimi hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməklə varisliyin layiqli davamını bəyan etdi. Ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməklə müasir Azərbaycanın dinamik tərəqqisinə nail oldu. Məhz İlham Əliyevin titanik fəaliyyəti sayəsində Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrildi, regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri həyata keçirildi, təhsil sistemindəki islahatlar uğurlu nəticələr verdi, neft bazarındakı üstün mövqe qazanıldı, müasir standartlara cavab səhiyyə sistemi quruldu, turizmin və idmanın inkişafı üst səviyyəyə qalxdı, əhalinin sosial-rifah halı durmadan yaxşılaşdı. Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrildi. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirildi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmləndi.
Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyevin bu gün İlham Əliyevin bərqərar etdiyi Yeni Azərbaycan dönməz dövlətçilik ideyaları üzərində inkişaf edir. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir.
Möhtərəm Prezidentimizin Azərbaycan xalqı qarşısında ən böyük xidməti müzəffər Ali Baş Komandan kimi tarixi Zəfərlə, qalibiyyətlə 30 illik torpaq, yurd həsrətimizə son qoyması oldu. Məhz ordu quruculuğunda həyat keçirilən məqsədyönlü işlərin nətisində erməni işğalına son qoyuldu, tarixi, əzəli və əbədi torpaqlarımız düşmən taptağından azad oldu, gözəl Qarabağımız öz sahiblərinə qaytarıldı. Şuşada və digər ərazilərimizdə müqəddəs üçrəngli bayrağımız dalğalandı. Qalib Komandanımızın qətiyyəti, iradəsi və inamı sayəsində Azərbaycan xalqı qalib xalq statusunu özünə qaytarıldı.
Bu gün müasir və yeni Azərbaycan İlham Əliyevin müdrik siyasəti sayəsində dünya birliyində layiqli yerini tutur, ölkəmiz regionun ən güclü dövlətinə çevrilib və bir sıra qlobal məsələlərin həllində söz sahibidir.
Şanlı Zəfər qələbəsinin təntənəsi ilə yaşayan xalqımız bu gün Möhtərəm Prezidentimizin rəhbərliyi və şəxsi nəzarəti sayəsində bütöv Azərbaycanda aparılan möhtəşəm quruculuq, təmiri-bərpa işlərinə şahidlik edir, işğaldan azad olunmuş ərazilərimizdə yeni infrastruktur layihələr həyata keçirlir, Qarabağa yeni həyat qayıdıb, bu ərazilər heç bir kənar köməklik olmadan yalnız dövlətimizin öz gücü ilə tamamilə yenidən qurulur və artıq bir sıra layihələrin icrası başa çatdırılıb, soydaşlarımız öz dədə-baba yurdlarına qayıdıblar, bu proses çox süətlə davam edir.
Dekabr ayının 24-ü Cənab Prezidentimiz İlham Əliyevin ad günüdür. Tariximizin şanlı səhifəsinə qızıl hərflərlə Zəfər dastanını yazan Müzəffər Ali Baş Komandanımızın ad günü hər bir azərbaycanlı üçün böyük bayramdır. Ata vəsiyyətini şərəflə və ləyaqətlə yerinə yetirən, Qarabağımızı bizlərə qaytaran müdrik və qətiyyətli Dövlət Başçısını, Ali Rəhbərimizi ad günü münasibətilə təbrik edir, Azərbaycanımız naminə tarixi fəaliyyətində böyük uğurlar arzulayırıq.
Tanrı Prezidentimizi və Azərbaycanımızı qorusun!
Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı



