AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin fikirləri hər zaman beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib

Bütün sahələrdə davamlı inkişaf yolu tutan, xüsusilə iqtisadi sahədə böyük nailiyyətlərə imza atan, nəhəng enerji layihələrinin təşəbbüskarı olan Azərbaycan bu gün tam müstəqil siyasət yürüdür, qlobal mövqelərini durmadan yüksəldir. Ölkəmizin inkişaf göstəriciləri bir daha sübut edir ki, bəzi dövlətlərin 200 ildə əldə etdiyi nailiyyətləri biz son 20 ildə qazanmışıq. 2003-cü ildən bu tərəfə ümumi daxili məhsulun dörd dəfə, dövlət büdcəsi gəlirlərinin 30 dəfədən çox, xarici ticarət dövriyyəsinin isə 10 dəfədən çox artması, ölkəmizə 300 milyard ABŞ dolları həcmində sərmayə qoyulması dediklərimizin bir daha təsdiqidir. Bütün bu uğurların müəllifi olan dövlətimizin başçısı cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində ölkəmizin keçdiyi inkişaf yoluna nəzər saldı, reallaşdırdığı layihələrdən və onların əhəmiyyətindən, həmçinin qarşıda görüləcək işlərdən bəhs etdi.

Onun müəllifi olduğu reallıqlar regionda sülh və təhlükəsizliyə, əməkdaşlığa geniş yol açıb, təşəbbüsləri ilə ərsəyə gələn layihələr Avropanın üzləşdiyi enerji böhranında yeganə çıxış yolu hesab olunur. Müdrik siyasəti ilə Azərbaycanı dünya, o cümlədən region üçün ən əhəmiyyətli ölkəyə çevirib. Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində dünya ictimaiyyəti onun ədalətli mövqeyinə, humanist və demokratik yanaşmalarına şahid oldu. Odur ki, cənab İlham Əliyevin müxtəlif aspektdə fikirləri hər zaman böyük maraq doğurur və yüksək qiymətləndirilir.

Prezidentimiz “Euronews” televiziyasına müsahibəsində əsas dövlət xərcinin istiqamətini qeyd etdi. Bu gün qarşımızda duran vacib hədəf işğaldan azad edilən Şərqi Zəngəzurun və Qarabağın bərpasıdır. Dövlətimiz ötən qısa zaman kəsiyində bu istiqamətdə böyük işlər görüb, böyük tikinti-quruculuq işləri həyata keçirib. Sakinlərin öz yurdlarına dönməsi prosesi davam edir, 2026-cı ilin sonunadək 140 min sakinin yerləşdirilməsi nəzərdə tutulub. İnanırıq ki, cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu işin öhdəsindən layiqincə gələcək və “Böyük Qayıdış” proqramını uğurla yekunlaşdıracaq.

Vüqar Musayev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button