
Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər.
İnfososium.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi”.