Sosial
Prezidentin fərdi təqaüdünün məbləği artırıldı
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 (min beş yüz) manat müəyyən edilib.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, təqaüdün əvvəlki məbləği 1450 manat idi.