DünyaGündəm

Qazaxıstanda çəkisi bir kiloqram olan körpə üzərində ürək əməliyyatı aparılıb

Qazaxıstanın Çimkənd şəhərində çəkisi 1 kiloqram olan 45 günlük körpə şəhər perinatal mərkəzində mürəkkəb ürək əməliyyatı keçirib.

İnfososium.az xəbər verir ki, bu barədə Qazaxıstanın Kazinform agentliyi məlumat yayıb. Bildirilib ki, körpə 25-ci həftəsində doğulub və ona anadangəlmə ürək çatışmazlığı – açıq arteriya kanalı və tənəffüs çatışmazlığı sindromu diaqnozu qoyulub.

Körpə 1 kq çəki alan kimi əməliyyat olunub. Həkimlər onun vəziyyətinin ağır, lakin stabil olduğunu deyirlər.

Oxşar Xəbərlər

Back to top button