GündəmSəhiyyə

Qəhvənin psixika üçün faydalı xüsusiyyəti müəyyən edilib

Kofein bağırsaq və beyin arasındakı əlaqəyə təsir edərək xroniki stressin yaratdığı depressiyanın qarşısını ala bilər.

“Infososium.az” xəbər verir ki, Çinin Çonqsin Tibb Universitetinin alimləri belə nəticəyə gəliblər.

Laboratoriya siçanlarının iştirakı ilə aparılan təcrübədə elm adamları insanlarda depressiya əlamətlərinə bənzər davranış dəyişikliklərinə səbəb olması ilə tanınan xroniki stressi modelləşdiriblər.

Bir qrup heyvana əvvəlcədən kofein verilib, sonra onların davranışı, bağırsaq sağlamlığı və iltihab səviyyələri heç bir qorunma olmadan stresə məruz qalan siçanlarla müqayisə edilib.

Məlum olub ki, kofein qəbul edən siçanlar, stresə məruz qalmayan nəzarət qrupu kimi aktiv davranıblar. Bundan əlavə, bu heyvanlarda bağırsaq baryerinin parçalanması müşahidə edilməyib, qanda və əhval-ruhiyyə ilə əlaqəli beyin bölgəsi olan hipokampusda iltihablı molekulların səviyyəsi normal həddə qalıb.

Bağırsaq selikli qişasının bütövlüyünü təmin edən zülalların səviyyəsi azalmayıb, mikrofloranın tərkibi sağlamlığa yaxın olub.

Müəlliflər araşdırmanın hələ ilkin mərhələdə olduğunu vurğulayıblar. Qeyd olunub ki, bununla belə, tapıntılar qidalanma, bağırsaq mikroflorası və psixi sağlamlıq arasındakı əlaqəyə dair əlavə tədqiqatların vacibliyini təsdiqləyir.

Oxşar Xəbərlər

Back to top button