
13 mart 2025-ci ildə Bakı şəhərində keçirilən XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda əhəmiyyətli bir çıxış edib. Forumun açılışında iştirak edən Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu tədbirin qlobal miqyasda böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu ilki forumda dünyanın müxtəlif bölgələrindən 400-dən çox nüfuzlu siyasətçi, alim, ekspert və diplomatik nümayəndə iştirak edib.
Tədbir zamanı çıxışında Prezident İlham Əliyev bildirmişdir ki, qlobal miqyasda baş verən geosiyasi dəyişikliklərin və müxtəlif çağırışların dünyanın yeni düzəninə təsirini geniş şəkildə təhlil edib. O, müxtəlif beynəlxalq böhranların və sülh məsələlərinin həlli yolları barədə fikirlərini bölüşdü və multilateralizmin önəmini qeyd edib.
Qlobal Bakı Forumu beynəlxalq siyasət, təhlükəsizlik və inkişaf məsələlərinin müzakirə edildiyi nüfuzlu platformalardan biridir. Forum müxtəlif ölkələrin liderlərini, tanınmış ekspertləri və nüfuzlu təşkilatların nümayəndələrini bir araya gətirərək qlobal problemlərin həlli üçün yeni yanaşmalar irəli sürür. Burada siyasi, iqtisadi və sosial çağırışlar dərin təhlil edilir və beynəlxalq əməkdaşlıq üçün yeni perspektivlər açılır.
Forumun əhəmiyyəti onun iştirakçı dairəsinin genişliyi və aktual mövzuların əhatə olunması ilə artır. İqlim dəyişikliyi, enerji təhlükəsizliyi, sülh və sabitlik kimi qlobal problemlər Bakı Forumunda müzakirə olunan əsas məsələlər sırasındadır. Həmçinin innovasiya və texnologiyanın inkişafı, qlobal iqtisadi tendensiyalar və diplomatik münasibətlər də Forumun gündəliyində mühüm yer tutur.
Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi