AnalitikaGündəmSiyasət

Qubadlı İqtisadiyyatının Dirçəliş Potensialı

Qubadlı rayonu zəngin təbii ehtiyatları, əlverişli iqlimi və münbit torpaqları ilə həmişə seçilmişdir. İşğaldan azad olunduqdan sonra bu potensialın yenidən ölkə iqtisadiyyatına inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Rayonun kənd təsərrüfatı, xüsusilə də maldarlıq, bağçılıq və taxılçılıq üçün geniş imkanları mövcuddur.

Azərbaycan hökuməti azad edilmiş torpaqlarda iqtisadi fəallığın bərpası üçün investisiya layihələri həyata keçirir. Qubadlıda müasir aqroparkların və fermer təsərrüfatlarının yaradılması planlaşdırılır. Bu isə həm rayon sakinlərinin məşğulluğunu təmin edəcək, həm də ölkənin ərzaq təhlükəsizliyinə töhfə verəcəkdir.

Rayonun çayları və su ehtiyatları kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Həkəri və Başıtçay çaylarının potensialından səmərəli istifadə etmək üçün müasir suvarma sistemləri qurulur. Eyni zamanda, regionun turizm potensialı da yüksək qiymətləndirilir və gələcəkdə turizmin inkişafı üçün zəruri infrastruktur yaradılır.

Qubadlı iqtisadiyyatının dirçəlişi ölkəmizin ümumi iqtisadi inkişafına güclü təkan verəcəkdir. İşğal dövründə vurulmuş ziyanın aradan qaldırılması prosesi uğurla davam edir. Qısa müddət ərzində Qubadlı respublikamızın ən dinamik inkişaf edən bölgələrindən birinə çevriləcəkdir.

Fidan Əliyeva,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button