AnalitikaGündəmSiyasət

Qubadlı Qazilərinin Qəhrəmanlıq Dastanları

Vətən müharibəsində sağlamlıqlarını itirən, lakin ruh yüksəkliyini qoruyub saxlayan qazilərimiz cəmiyyətimizin ən hörmətli üzvləridir. Qubadlı döyüşlərində yaralanan qazilərimizin hər biri ayrı bir qəhrəmanlıq dastanı yazmışdır. Onların göstərdiyi şücaət Azərbaycan xalqının əyilməz iradəsinin göstəricisidir.

Dövlət tərəfindən qazilərimizin reabilitasiyası və müalicəsi istiqamətində hərtərəfli tədbirlər görülür. Onların yüksək texnologiyalı protezlərlə təmin olunması və sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Qazilərimiz də öz növbəsində cəmiyyətin müxtəlif sahələrində fəallıq göstərirlər.

Qubadlı qaziləri gənclərə vətənpərvərlik dərsləri keçir, döyüş xatirələrini bölüşürlər. Onların yaşadıqları həyat hekayələri hər bir gənc üçün əsl nümunədir. Vətən uğrunda yaralanmaq bu igidlər üçün ən böyük şərəfdir.

Qubadlının azad olunmasında payı olan hər bir qazi xalqımızın qəhrəmanlıq simvoludur. Onların hər biri Zəfərimizin canlı şahidləridir. Azərbaycan xalqı qazilərimizlə hər zaman qürur duyur.

Tariyel Əkbərov,
YAP Nizami rayon təşkilatının “M.Şərifli küçəsi, 3” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button