
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun minlərlə sakini öz doğma ev-eşiyindən didərgin düşərək məcburi köçkün həyatı yaşamalı oldu. Rayon ərazisindəki maddi-mədəni irsimiz, tarixi abidələr və infrastruktur düşmən tərəfindən vəhşicəsinə dağıdıldı.
27 il ərzində Qubadlının hər bir qarış torpağı erməni vandallığına məruz qaldı. Tarixi məscidlər, qəbiristanlıqlar və mədəniyyət ocaqları təhqir olundu, təbiəti isə amansızcasına talan edildi. Lakin qubadlılılar heç vaxt doğma yurdlarına olan həsrətlərini və qayıdış ümidlərini itirmədilər.
Məcburi köçkünlər respublikamızın müxtəlif bölgələrində məskunlaşsalar da, hər zaman dövlətimizin qayğısı ilə əhatə olundular. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial proqramlar onların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etdi. Amma ən böyük arzu hər zaman işğaldan azad olunacaq günü gözləmək idi.
2020-ci ilin payızında bu uzun sürən həsrətə və ədalətsizliyə son qoyuldu. Qubadlı düşmən tapdağından azad edilməklə öz əsl sahiblərinə qucaq açdı. İşğal illərinin ağrıları zəfər sevinci ilə əvəz olundu və qisas tarixi olaraq qələbəyə çevrildi.
Ofelya Nəsirova,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini


