AnalitikaGündəm

Regionda yeni reallıqlar

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi… Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti,  beynəlxalq hüququ bərpa etdik. Bu Qələbə son 30 il ərzində uğurla, cəsarətlə və qətiyyətlə həyata keçirilmiş Azərbaycan siyasətinin, torpaqlarımızın azad olunması üçün canını belə əsirgəməyən Azərbaycan əsgərinin və Vətən uğrunda müqəddəs savaş üçün bir yumruq kimi Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşmiş Azərbaycan xalqının tarixi qələbəsi oldu. Azərbaycan Ordusunun qətiyyətli həmlələri qarşısında tab gətirməyən düşmən 4 il əvvəl 10 noyabr tarixdə təslim aktına imza atmağa məcbur oldu. 10 noyabr Bəyanatı ermənilərin ərsəyə gətirdiyi, ən azı yüz il ərzində hazırlaşdığı və beynəlxalq güclər tərəfindən dəstəklənən “Miatsum” və “dənizdən dənizə böyük Ermənistan” kimi absurd faşizm ideologiyalarını tam iflasa uğratdı.

Moskva görüşündə imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addım idi. İmzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir. Bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir.

Həqiqətən də Cənab İlham Əliyevin dediyi kimi Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Bu illər ərzində bir çox ölkələrlə səmimi işguzar münasibətlər qura bildik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edə bilir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bildik. Biz bunu etməsəydik, münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.

Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq.Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.

Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button