
Ermənistanda Şirak yeparxiyasının lideri Mikael Ajapahyana qarşı cinayət işinin başlanması etirazlara səbəb olub.
İnfososium.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 30-a yaxın maskalı şəxs səhər saatlarında Şirak yeparxiyasının qərargahına basqın edib.
Qeyd edək ki, 17 iyun 2025-ci il tarixdə Mikael Ajapahyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi ilə (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, konstitusiya quruluşunu zorla devirməyə açıq çağırışlar) cinayət işi başlanıb.
Xatırladaq ki, son günlər Ermənistanda dövlət çevrilişi planlaşdırmaqda ittiham edilən 15 nəfər saxlanılıb. Hakim qarşısına çıxarılanlar arasında arxiyepiskop Baqrat Qalstanyan da var.