AnalitikaSosial
Trend

SOCAR Petroleum QSC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş videoçarxın nümayişindən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, SOCAR Petroleum QSC-nin Baş icraçı direktoru Zaur Cəlilov, Baş icraçı direktorun müavini, ƏPT sədir Seymur Rəhimov, SOCAR Petroleum QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin mediri Afaq Rza və başqaları bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub.

Çıxışlardan sonra partiyaya üzv olmuş bir qrup şəxsə vəsiqələri təqdim olunub, yubiley yaşında olan partiya veteranları isə təltif ediliblər.

Oxşar Xəbərlər

Back to top button