AnalitikaGündəmMədəniyyət

Şuşa Azərbaycanın mədəniyyət paytaxtının tarixi və qələbə günü olaraq tarixə düşüb

Şuşa şəhəri Azərbaycanın mədəni irsinin simvolu, tarix və mədəniyyət paytaxtıdır. Qarabağın incisindən sayılan bu qədim şəhər 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən strateji mövqedə salınmışdır. Şuşa şəhəri ilk vaxtlardan mədəniyyətin, musiqinin və sənətin mərkəzi kimi tanınmışdır. Bu qədim şəhər musiqi ənənələri, zəngin ədəbiyyatı və mədəniyyəti ilə Azərbaycan tarixində mühüm yer tutmuşdur. Burada dahi şairlər, bəstəkarlar, müğənnilər yetişmiş və şəhər hər zaman Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olmuşdur.

Şuşamız, təəssüf ki, 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal edildi. İşğal nəticəsində şəhərin tarixi abidələri, məscidləri və mədəniyyət ocaqları dağıdıldı və talan edildi. Şuşanın işğalı Azərbaycanın tarixi və mədəni irsini zərbə altına qoydu. Bu itki həm də xalqın mənəvi dünyasına ağır təsir göstərdi. Şuşa, hər zaman Qarabağın azadlığı uğrunda mübarizənin simvoluna çevrildi və Azərbaycan xalqı bu şəhərin bir gün mütləq geri qayıdacağına inanırdı. Qarabağın incisindən sayılan bu qədim şəhər 8 Noyabr 2020-ci ildə, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən azad edildi. Şuşanın azad edilməsi Azərbaycanın hərb tarixində parlaq səhifə kimi yadda qaldı və Qarabağın tam azadlığı üçün əhəmiyyətli mərhələ oldu. Bu tarixi gün Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun rəşadəti ilə əldə edilmişdir və hər il Azərbaycan xalqı tərəfindən Şuşa şəhəri günü kimi qeyd edilir. Şuşa şəhəri Azərbaycan ədəbiyyatının, musiqisinin beşiyi, mədəniyyət ocağıdır. Burada dahi şair və yazıçılar, bəstəkarlar yetişmişdir. Şəhərdə qədim abidələr, məscidlər, mədəniyyət ocaqları ilə zəngin irs qorunub saxlanılıb. Şuşanın azadlığı həm də bu mədəni irsin yenidən dirçəlməsi üçün böyük fürsət yaradır. İndiki dövrdə Şuşada müxtəlif mədəniyyət tədbirləri, konsertlər, festival və sərgilər keçirilir ki, bu da şəhərin keçmişinə layiq bir gələcək qurulmasına şərait yaradır. Şuşanın azad edilməsindən sonra burada geniş yenidənqurma işləri başlanıb. Ölkəmiz Şuşanı yalnız tarixi irsini qorumaqla deyil, həm də müasir infrastruktura sahib bir şəhərə çevirmək məqsədi güdür. İndi şəhərin mədəni və turizm mərkəzi kimi daha da inkişaf etdirilməsi planlaşdırılır və bu istiqamətdə ardıcıl addımlar atılır. Şuşanın azadlığı xalqın milli ruhunun, birliyinin və dözümünün simvoludur.

Bu gün burada teatr festivalları, poeziya axşamları, musiqi tədbirləri keçirilir ki, bu da qədim ənənələrimizi dirçəldir. Şuşa şəhərinin azad edilməsi həm də Qarabağın bütünlükdə Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha sübut edir. Şuşa sakinləri artıq öz doğma evlərinə qayıdır və şəhərin dirçəldilməsində fəal iştirak edirlər. Hər bir kərpic, hər bir yenilənmiş bina Şuşanın əzəli Azərbaycan torpağı olduğunun təsdiqidir. Azərbaycanın hər bölgəsindən bura axın edən turistlər Şuşanın bənzərsiz gözəlliyinə heyran qalır və bu yerlərin xüsusi enerjisini hiss edirlər. Şuşanın azadlığı ilə Azərbaycan xalqının öz tarixi, mədəniyyəti və gələcəyi uğrunda mübarizəsinin bəhrəsi yeni nəslə əbədi miras qoyulmuşdur.

Sahil Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button