AnalitikaGündəmMədəniyyətSiyasət

Şuşa Qarabağ xanlığının paytaxtından bu gün Dünyanın diqqət mərkəzi olan bir şəhərə çevrildi

Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Qarabağın tacı Şuşa düşmən üçün psixoloji baryer idi. Şuşa azad ediləndən dərhal sonra Ermənistan ağ bayraq qaldıraraq təslim oldu. Şuşa zəfərindən cəmi bir gün sonra 71 kəndin, bir qəsəbənin, səkkiz strateji yüksəkliyin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin ordumuz tərəfindən işğaldan azad edilməsi bütün dövlətlərə, o cümlədən Ermənistan hərbi-siyasi rəhbərliyinə müharibənin sonunun necə olacağını aydın təsəvvür etmək imkanı verdi. Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçirilib.  32 ildən sonra keçirilən budəfəki “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. “Xarıbülbül” festivalından sonra Şuşada Vaqifin Poeziya gecəsi bərpa olundu. Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyevin  2023-cü ilin iyulun 31-də imzaladığı sərəncama əsasən, noyabrın 8-də Şuşa Şəhəri Günü qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva da 2023-cü il  il avqustun 23-də Şuşa şəhərinə səfər ediblər.

2023-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransının iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclası keçirilib. Şuşa Qarabağ xanlığının paytaxtından bu gün Dünyanın diqqət mərkəzi olan bir şəhərə  çevrildi. Əlbəttə bunda Ali Baş Komandan Cənab İlham Əliyevin səyi danılmazdır.

Həsən Xələfov,
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin,
Tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button