AnalitikaGündəmSiyasət

Türk Dövlətləri arasında iqtisadi və siyasi əlaqələr dərinləşir

Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında bir sıra mühüm məsələlərə toxunmuşdur. Zirvə görüşündə iştirak edən dövlət başçıları, Türk dünyasının birliyi və əməkdaşlığını daha da möhkəmləndirmək üçün birgə fəaliyyətin vacibliyini vurğulamışlar.

Prezident İlham Əliyev, Türk Dövlətləri Təşkilatının inkişafını və əməkdaşlığın genişlənməsini qeyd edərək, təşkilatın gələcəkdə qarşısında duran məqsədlərdən bəhs etmişdir. O, Türk dövlətləri arasında iqtisadi və siyasi əlaqələrin dərinləşdirilməsinin, regional və beynəlxalq məsələlərdə birlik və həmrəyliyin vacib olduğunu bildirmişdir.

Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri, enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, eləcə də ortaq layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Prezident İlham Əliyev Azərbaycanın regional əlaqələrin gücləndirilməsi istiqamətindəki səylərini bir daha vurğulamış və Türk Dövlətləri Təşkilatının iqtisadiyyatdan tutmuş, mədəniyyət və təhsil sahələrinə qədər bir çox sahələrdəki inkişafına xüsusi önəm verdiyini bildirmişdir.

Çıxışında Prezident Cənab İlham Əliyev, Azərbaycanla Türk Dövlətləri arasında əməkdaşlığın daha da irəliləməsi üçün bir sıra konkret təkliflər irəli sürmüş və bu istiqamətdəki işlərin davam etdiriləcəyini qeyd etmişdir. Təşkilatın inkişafı ilə yanaşı, Türk dünyasının qarşısında duran qlobal çağırışlara qarşı birgə mübarizə aparılmasının vacibliyini də qeyd etmişdir.

Prezidentin çıxışı, Türk Dövlətləri Təşkilatının gələcəkdə əməli olaraq bir-birlərinin yanında olmağının əhəmiyyətni önə çıxartdı.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button