AnalitikaGündəmSiyasət

Üç qardaş ölkənin liderlərinin Laçın şəhərində görüşü böyük rəmzi məna daşıyır

“Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlıq əlaqələrini gündən-günə gücləndirirlər”.

Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, üç qardaş ölkə çətin və yaxşı günlərdə hər zaman bir-birinin yanındadır, qarşılıqlı həmrəylik və dəstək göstərirlər: “May ayının 28-də işğaldan azad olunmuş Laçın şəhərində ikinci üçtərəfli Zirvə görüşünün keçirilməsi də bir daha üç qardaş ölkənin strateji əməkdaşlığını təsdiqləyib. Xüsusilə də, Şərqi Zəngəzurda qardaş ölkələrin liderlərinin iştirakı ilə keçirilən mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürü olub”.

Ramil Vəlibəyov əlavə edib ki, üç qardaş ölkənin rəhbərlərinin Laçın şəhərində görüşü böyük rəmzi məna daşıyır: “Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistan Azərbaycanı dəstəkləyib. Məhz qardaş ölkələrin mənəvi dəstəyi torpaqların işğaldan azad olunması işində Azərbaycana əlavə güc verib. Bu mənada üç qardaş ölkənin liderlərinin işğaldan azad olunmuş Laçın şəhərində görüşü üçtərəfli əməkdaşlıq sahəsində yeni səhifə açır. Əminlik var ki, keçirilmiş görüş zamanı müzakirə olunan məsələlər və əldə olunan razılaşmalar qardaş ölkələrin münasibətlərini daha da yaxınlaşdırır”.

Oxşar Xəbərlər

Back to top button