Dünya
“Ukrayna heç vaxt Rusiyanın qələbəsi olmayacaq”
“Ukrayna heç vaxt Rusiya üçün qələbə olmayacaq”.
İnfososium.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Rusiya-Ukrayna müharibəsinin ildönümündə ölkə Prezidenti Volodimir Zelenski ilə fotosunu paylaşdığı tvitində qeyd edib.
Bayden ABŞ-ın Ukraynaya dəstəyini bir daha təkrarlayıb:
“İmperatorluğu yenidən qurmaqla məşğul olan diktator heç vaxt xalqın azadlıq sevgisini məhv edə bilməyəcək”.
Müharibənin ilk ilində Ukraynanın hələ də müstəqil və azad olduğuna vurğulayan Bayden, ukraynalıların Xersondan Xarkova qədər torpaqlarını geri aldıqlarını bildirib.
“Ukrayna bayrağı ötən il Rusiyanın əlində olan ərazilərin yarıdan çoxunda yenidən fəxrlə dalğalanır”,- ABŞ lideri əlavə edib.