
21 oktyabr 2026-cı il tarixində Hərbi Memorial Məzarlıqda Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun məzarı ziyarət edilib.
Aktualinfo Media Qrup xəbər verir ki, anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, RİHBA-nın məsul əməkdaşları, Müdafiə Nazirliyinin əməkdaşları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Anar Əliyev 21 oktyabr 2020-ci il tarixində Xocavənd döyüşlərində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.




