GündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Xocalıda mina partlayıb, ANAMA-nın əməkdaşı xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində bu gün mina hadisəsi baș verib.

Aktualinfo Media Qrup  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, agentliyin əməkdaşı, 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib və o, hadisə nəticəsində sol ayağından xəsarət alıb.

Anar Həsənov rayon xəstəxanasına təxliyə edilib, onun əziyyəti qənaətbəxşdir.

Oxşar Xəbərlər

Back to top button