Analitika

Yalnız bu gün yox, sabah da, o biri gün də daim üzünüz gülsün, əziz xanımlar

Hər il 8 mart tarixində qadınların iqtisadi, ictimai və siyasi mübarizəsi, habelə qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümlüyünü ənənəvi hala gətirmiş bayram Beynəlxalq Qadınlar Günü qeyd olunur. Dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da bu gün böyük təntənə ilə qeyd olunur. Azərbaycan qadınları yüzillərboyu formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı qoruyucusu və dayağı olmuşlar. Azərbaycanda cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak edirlər. Azərbaycanın müsəlman şərqində qadına seçmək və seçilmək hüququnu verməsi isə tarixi bir ilkdir. Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçib. Bu illər ərzində ölkəmizin sosial və siyasi inkişafı bütün sahələrdə gender bərabərliyinin təmin olunması, Azərbaycan qadınlarına özünü reallaşdırmaq, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirak etmək imkanları yaradıb.

Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlə. Regionlarda ənənəvi sahələrin inkişaf etdirilməsi nəticəsində həm qadınlar, həm də ölkə iqtisadi cəhətdən güclənir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir:

Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir..

Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button