AnalitikaGündəmSəhiyyə

Zərifə Əliyeva öz elmi fəaliyyətini oftalmologiya sahəsinə həsr etmişdir

İnsanın həyatda uğur qazanması üçün onun istedadı, ağılı, biliyi, işgüzarlığı, məsuliyyəti ilə yanaşı, gemetik mənsubiyyəti –  əsil-nəcabəti də  vacib rol oynayan  şərtlətdəndir.

Akademik Zərifə Əliyeva Azərbaycanın görkəmli oftalmoloq alimi olmuşdur. O, oftalmologiya sahəsində mühüm tədqiqatlar apararaq Azərbaycanın tibb elminə əhəmiyyətli töhfələr vermişdir.​ Zərifə Əliyevanın xatirəsi Azərbaycanda əbədiləşdirilmişdir. Onun adını daşıyan təhsil müəssisələri və tibb mərkəzləri fəaliyyət göstərir. Məsələn, Bakı şəhərində yerləşən Akademik Zərifə Əliyeva adına lisey yüksək səviyyəli təhsil verir . Həmçinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi oftalmologiya sahəsində qabaqcıl tədqiqatlar və müalicə xidmətləri təqdim edir
Zərifə xanım Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın əsilzadə mühitində sayılıb seçilən bir ailədə – Əziz Məmmədkərim oğlunun ailəsində  dünyaya göz açmışdır.
Akademik Zərifə xanım  Əliyevanın babası Məmmədkərim Qurbanəli oğlu İrəvan yaxınlığındakı Hamamlı kəndində böyük mal- mülk sahibi, ulu babası İbrahim bəy Süleymanbəyov İrəvanın məşhur əsilzadələrindən biri olmuşdur.

Ata-baba ocağından ayrı düşən Əziz Məmmədkərim oğlunun ailəsi Naxçıvanın Şahtaxtı kəndinə pənah aparsa da, erməni terroru burada da onları təqib edir və ailə  Cənubi Azərbaycanın Ərəblər kəndinə sığınmaq məcburiyyətində qalır 1920-ci ildə Naxçıvanda Sovet hökuməti qurulandan sonra yenidən Şahtaxtına qayıdan ailədə 1923-cü ilin 28 aprelində dünyaya gələn qızın adını Zərifə qoyurlar. Elə həmin ilin yayında  Əziz Əliyevin ailəsi Bakıya köçür və  sonrakı taleyini bu böyük şəhərlə bağlayır.

Zərifə Əliyeva öz elmi fəaliyyətini oftalmologiya sahəsinə həsr etmişdir. O, göz xəstəliklərinin diaqnostika və müalicə üsullarının təkmilləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparmış, peşə xəstəliklərinin oftalmoloji aspektlərini ilk dəfə geniş şəkildə araşdırmış alimlərdən olmuşdur. Zərifə Əliyevanın “Yaşla əlaqədar görmə orqanı xəstəliklərinin diaqnostikası və profilaktikası” mövzusunda apardığı elmi işlər bu sahədə elmi yeniliklərə yol açmışdır.

O, 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini almış, 1981-ci ildə isə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Bu, o dövr üçün nadir və yüksək elmi nailiyyət hesab olunurdu. Zərifə Əliyeva həmçinin uzun illər Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışmış, institutun inkişafına və kadr hazırlığına böyük töhfələr vermişdir.
Zərifə Əliyeva yalnız elm adamı deyil, həm də geniş dünyagörüşə malik ictimai xadim kimi də tanınırdı. O, Azərbaycan qadınının elm, ailə və cəmiyyət qarşısında məsuliyyətini, zərifliyini və gücünü öz şəxsiyyətində birləşdirən nadir insan idi.

O, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, hazırkı Prezident İlham Əliyevin anası kimi həm ailə, həm də ictimai həyatında müdrikliyi və nəcibliyi ilə seçilmişdir.
Zərifə Əliyevanın elmi və insani irsi bu gün də Azərbaycanda dərin ehtiramla yad edilir. Onun adını daşıyan təhsil müəssisələri, tibb ocaqları və mədəniyyət obyektləri fəaliyyət göstərir. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi onun elmi irsini yaşadan əsas müəssisələrdən biridir.
Akademik Zərifə Əliyeva öz bilik və bacarığı, insanlara olan dərin sevgisi, fədakar elmi fəaliyyəti ilə Azərbaycan tibb elminin inkişafında silinməz iz qoymuş, öz adı ilə bütöv bir nəsli tərbiyə etmiş görkəmli alimdir. Onun həyat yolu gələcək nəsillər üçün örnək və ilham mənbəyidir.

İslam Bafadarov,
Yeni Azərbaycan Partiyası, məsləhətçi 

Oxşar Xəbərlər

Back to top button