Dünya
İsrail yenidən Beyruta zərbələr endirdi
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın paytaxtı Beyrutun cənub ətrafına və “Hizbullah” təşkilatının obyektləri və tərəfdarlarının yaşadığı ərazilərə hücum edib.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rafik Həriri Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən Burj əl-Barajna qaçqın düşərgəsinə azı iki zərbə endirilib.
Beyrutun cənubundakı Hay əl-Riml, Haret Horeik və El Leylaki məhəllələri hava hücumlarına məruz qalıb.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri ötən gün də Beyruta aviazərbələr endirmişdi.