Şuşa Zəfərinin Xalqın Yaddaşında Əbədiləşdirilməsi

2020-ci il noyabrın 8-də qazanılan Şuşa Zəfəri Azərbaycan xalqının çoxəsrlik yaddaşına əbədi həkk olunmuşdur. Xalqımız bu şanlı tarixi hər il böyük coşğu, qürur və minnətdarlıq hissi ilə yad edir, şəhidlərimizin əziz xatirəsini uca tutur.
Ölkəmizin hər yerində Şuşa Zəfərinə həsr olunmuş abidələr, parklar və xatirə kompleksləri ucaldılmışdır. Bu məkanlar xalqımızın qəhrəmanlıq salnaməsini nəsildən-nəslə ötürən müqəddəs ziyarətgahlara çevrilmişdir.
Yazılan kitablar, çəkilən filmlər və bəstələnən musiqilər Şuşa Zəfərini incəsənət dili ilə əbədiləşdirir. Hər bir azərbaycanlı üçün Şuşa uğrunda aparılan mübarizə qürur mənbəyidir.
Şuşa Zəfəri xalqımızın birliyinin və iradəsinin simvolu kimi Azərbaycan tarixinin ən parlaq səhifəsi olaraq əbədi yaşayacaqdır.
Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı



