
Milli Məclisdə Azərbaycan dili, Ədəbiyyat və Tarix fənlərinin dərslikləri ilə bağlı dinləmə keçiriləcək.
İnfososium.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərli komitənin bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, bu məsələ parlament komitəsinin 2025-ci il payız sessiyasının iş planına daxil ediləcək:
“Bununla bərabər, Elm və təhsil komitəsi əməkdaşlarının ali məktəblərlə görüşünün təşkil edilməsi də nəzərdə tutulur. Ola bilər ki, bölgələrdəki ali təhsil müəssisələrinə də getdik”.