YAP Nizami rayon təşkilatının nümayəndələri akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Lider qadınlar platforması” kommunikasiya və konseptual tətbiq layihəsinin iştirakçıları akademik Zərifə Əliyevanın 103 və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 80 illiyi münasibətilə tədbir keçirib.
Aktualinfo Media Qrup xəbər verir ki,tədbir çərçivəsində iştirakçılar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini ziyarət ediblər.
Ziyarətçilər ilk olaraq akademik Zərifə Əliyevanın abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Mərkəzin Xatirə muzeyi ilə tanış olublar. Tanışlıq zamanı məlumat verilib ki, muzeydə akademik Zərifə Əliyeva haqqında məlumatlar, şəkillər, elmi araşdırmalarından ibarət materiallar nümayiş etdirilir.
Muzeylə tanışlıqdan sonra məlumatlandırma sessiyası təşkil edilib, iştirakçıların sualları cavablandırılıb.




