
İlham Əliyev tərəfindən Azərbaycan güləşçiləri ilə keçirilən görüş ölkəmizdə idman siyasətinin uğurla həyata keçirildiyini bir daha nümayiş etdirir. Bu görüş təkcə idmançılarla bir araya gəlmək deyil, həm də onların zəhmətinə verilən yüksək qiymətin, dövlət qayğısının və diqqətinin göstəricisidir.
Avropa çempionatında komanda hesabında birinci olmaq, şübhəsiz ki, böyük nailiyyətdir. Bu uğur təsadüfi deyil – illərlə davam edən sistemli hazırlığın, güclü məşqçi heyətinin və dövlət tərəfindən yaradılmış yüksək səviyyəli idman infrastrukturunun nəticəsidir. Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, onlar yalnız regionda deyil, bütövlükdə Avropada lider mövqedədirlər.
Görüş zamanı dövlət başçısı idmançıların qazandığı uğurları yüksək qiymətləndirərək onların gələcək yarışlarda da ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini ifadə etdi. Bu cür çıxışlar idmançılar üçün böyük ruh yüksəkliyi yaradır, onları daha böyük qələbələrə ruhlandırır. Eyni zamanda, bu diqqət gənclər arasında idmana marağın artmasına, sağlam həyat tərzinin təbliğinə və yeni istedadların üzə çıxmasına mühüm töhfə verir.
Bu gün Azərbaycan idmanı beynəlxalq arenada öz gücünü və nüfuzunu getdikcə daha da artırır. Qazanılan hər bir medal, əldə edilən hər bir qələbə ölkəmizin adını ucaldır, milli qürurumuzu daha da möhkəmləndirir. Xüsusilə güləş kimi ənənəvi idman növündə əldə olunan uğurlar xalqımızın tarixi irsinin davamı kimi böyük əhəmiyyət daşıyır.
Azərbaycan güləşçilərinin göstərdiyi yüksək nəticələr bir daha təsdiq edir ki, düzgün qurulmuş dövlət siyasəti, idmançılara göstərilən qayğı və onların əzmi birləşdikdə böyük zəfərlər qaçılmaz olur. Bu uğurlar gələcək nəsillər üçün də örnəkdir və onları daha böyük hədəflərə doğru istiqamətləndirir.
Əminliklə demək olar ki, bu gün qoyulan təməl sayəsində Azərbaycan idmanı gələcəkdə də yeni zirvələr fəth edəcək, üçrəngli bayrağımız beynəlxalq yarışlarda daim yüksəklərdə dalğalanacaq.
Qələbələrimiz bol, uğurlarımız davamlı olsun!
Səbinə Həsənova,
YAP-ın fəalı



