
Prezident İlham Əliyev 2026-cı il mayın 4-də Bakıda İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşdən sonra verdiyi bəyanatda Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu xüsusi vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və enerji sahəsində əməkdaşlıq iki ölkə münasibətlərinin əsas sütununu təşkil edir. Azərbaycan qazının Avropaya ixracında İtaliyanın aparıcı rol oynadığı, bu əməkdaşlığın qarşılıqlı maraqlara xidmət etdiyi diqqətə çatdırılmışdır.
Prezident İlham Əliyev həmçinin hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi, birgə istehsal imkanlarının araşdırılması və İtaliya texnologiyalarının Azərbaycan maliyyə resursları ilə birləşdirilməsi məsələlərinin müzakirə olunduğunu bildirmişdir. O, səfərin rəmzi məna daşıdığını, iki ölkə arasında dostluq və tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulamışdır.
Ciorcia Meloni öz çıxışında Azərbaycanın İtaliya üçün mühüm tərəfdaş olduğunu, əməkdaşlığın enerji ilə yanaşı mədəniyyət, təhsil və infrastruktur sahələrini də əhatə etdiyini qeyd etmişdir. Səfər Azərbaycan-İtaliya strateji tərəfdaşlığının daha da dərinləşməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilmişdir.
Bu bəyanat rəsmi səviyyədə iki ölkə arasında münasibətlərin strateji xarakterini təsdiqləyərək, gələcək əməkdaşlıq üçün yeni perspektivlər açmışdır.
Bəturə Eynalova,
Neft Kəmərləri İdarəsinin əməkdaşı



