
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 183B” ünvanında yerləşən ərazi partiya təşkilatında partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrə həsr olunmuş görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 3 saylı Bakı DOST Mərkəzinin direktoru Kamran Abdullayev və digər iştirakçılar çıxış ediblər.
Çıxışlarda Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələr, partiyanın yeni dövr üçün müəyyənləşdirilmiş fəaliyyət istiqamətləri və ərazi partiya təşkilatlarının qarşısında duran əsas məsələlər diqqətə çatdırılıb. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği, onun dövlətçilik ənənələrinin qorunması, gənc nəslə çatdırılması və bu irsin müasir dövrdə əhəmiyyətinin vurğulanması məsələlərinə toxunulub.
Müzakirələr zamanı partiya üzvlərinin ictimai fəallığının artırılması, vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində birgə fəaliyyətin və məsuliyyətli yanaşmanın vacibliyini qeyd ediblər.
Sonda xatirə şəkli çəkdirilib.









