
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) könüllülərin fəaliyyəti əhəmiyyətli rola malikdir.
WUF13-də könüllü olmaq yalnız əməliyyat dəstəyi göstərməkdən ibarət deyil. Bu, mənalı təcrübəni, fərdi bacarıqların inkişafını, qlobal şəbəkələşmə imkanlarını, eləcə də milli və beynəlxalq əhəmiyyətli tədbirdə fəal iştirakı özündə ehtiva edir. WUF13-ün könüllüsü olmaq geniş mühitdə komanda işi, məsuliyyət və peşəkar inkişaf üçün bir fürsətdir.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, könüllülər WUF13-ün hazırlıq mərhələsi və tədbir günlərində mühüm rol oynamaqla yanaşı, dayanıqlı şəhərlərin gələcək inkişafına həsr olunmuş aparıcı dünya platformalarından birinin fəaliyyətinə töhfə verirlər.
WUF13 zamanı könüllülər qlobal miqyaslı tədbirin iştirakçılarını qarşılayır, qeydiyyat və informasiya dəstəyi göstərir, müxtəlif sessiya və sərgilərdə təşkilati işlərə yardım edir, həmçinin mədəni proqramların həyata keçirilməsində iştirak edirlər.




