
Müasir dünyada bərpaolunan enerji mənbələrinin inkişafı dövlətlərin strateji prioritetlərindən birinə çevrilib. Azərbaycan da qlobal çağırışları nəzərə alaraq yaşıl enerji sahəsində mühüm addımlar atır. Son illər bu istiqamətdə həyata keçirilən layihələr ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcını qoyub.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın zəngin neft və qaz ehtiyatları ölkənin enerji tələbatını uzun illər təmin edə bilər. Lakin dövlət yalnız ənənəvi enerji mənbələri ilə kifayətlənməyərək alternativ və bərpaolunan enerji sahəsinə böyük investisiyalar yönəldir. Bu yanaşma gələcək nəsillərin maraqlarına xidmət edir.
Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr artıq real nəticələr verməyə başlayıb. Xarici investorlarla əməkdaşlıq çərçivəsində bir sıra elektrik stansiyaları istifadəyə verilib. Bu layihələr enerji istehsalının şaxələndirilməsinə imkan yaradır.
Qarabağ və Şərqi Zəngəzur bölgələri yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə hidroenerji, günəş və külək potensialından səmərəli istifadə edilir. Azad olunmuş torpaqlarda müasir enerji infrastrukturu qurulur.
Yaşıl enerji layihələri ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da mühüm töhfə verir. Atmosferə atılan zərərli tullantıların azalması ətraf mühitin qorunmasına xidmət edir. Bu, Azərbaycanın beynəlxalq iqlim təşəbbüslərinə verdiyi dəstəyin göstəricisidir.
Bərpaolunan enerji sahəsinin inkişafı yeni iş yerlərinin açılmasına və innovativ texnologiyaların tətbiqinə şərait yaradır. Bu da ölkənin iqtisadi inkişafına müsbət təsir göstərir.
Beləliklə, yaşıl enerji layihələri Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir.
Nəzrin Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı



