GündəmSosial

Nizami rayonunda 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibətilə tədbir keçirilib

24 iyun 2026-cı il tarixində Nizami rayonunda “Narkomaniyaya yox deyək, həyatı və parlaq gələcəyi seçək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Könül Həsənova, Nizami Rayon Prokurorunun böyük köməkçisi Ramazan Məmmədov, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Mehman Həsənov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Nizami Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova və ORVİTA Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri Ramidə Oktayqızı çıxış ediblər.

Tədbirdə mövzu ilə bağlı müxtəlif təkliflər verilib, müzakirələr aparılıb, həmçinin iştirakçıların sualları cavablandırılıb.

Oxşar Xəbərlər

Back to top button