
Azərbaycan Respublikasının Gənclər Fondunundəstəyi ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi 29 iyun-3 iyul tarixlərində Oğuz gəncləri üçünxidmət göstərəcək.
“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilənlayihənin Oğuzdakı açılış mərasimi Dövlət Himninsəsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canındankeçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutlayad edilməsi ilə başlayıb. Açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoruAzər Əliyev və Oğuz Rayonu üzrə Təhsil sektorununmüdiri Sərdar Nəbiyev iştirak ediblər. Rəsmi çıxışlarzamanı sözügedən layihənin region gənclərinin fərdi vəpeşəkar inkişafındakı əhəmiyyətindən danışılıb, gənclərinbilik dairəsinin genişləndirilməsi, ictimai fəallığınınstimullaşdırılması və dövlət tərəfindən yaradılmış dəstəkmexanizmlərinin regionlarda yaşayan gənclərə birbaşaçatdırılması baxımından faydaları vurğulanıb.
Tədbir zamanı gənclər açıq hava məkanında xüsusihazırlanmış “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik”, eləcə də “Əyləncə” zonalarınayaxınlaşaraq vörkşoplar, master-klasslar, viktorinalar vəintellektual oyunlarda fəal iştirak ediblər. Eyni zamanda, iştirakçılar üçün Narkomanlığa və Narkotik VasitələrinQanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə DövlətKomissiyası tərəfindən maarifləndirici təlimlər, peşəkarmütəxəssislərin təqdimatında gənclər üçün ixtisas seçimi, karyera planlaması və şəxsi inkişaf, süni intellektalətlərinin yaratdığı imkanlar və sağlam həyat tərzimövzularında sessiyalar keçirilib. Təşkil edilənfəaliyyətlərin yekununda aktivliyi ilə seçilən gənclərəhəvəsləndirici mükafatlar təqdim olunub.
Xatırladaq ki, “Səyyar Gənclər Xidməti” layihəsiAzərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.Layihənin əsas məqsədi ölkəmizdə dövlət gənclərsiyasətinin yaratdığı imkan və xidmətlərin, o cümlədən, məşğulluq, innovasiya və rəqəmsallaşma kimi sahələrdəhəyata keçirilən təşəbbüslərin regionlarda yaşayangənclər üçün əlçatanlığına töhfə verməkdən ibarətdir. Noyabr ayınadək davam edəcək olan layihə ümumilikdərespublikamızın 20 şəhər və rayonunu əhatə edəcək.




