AnalitikaDünyaGündəmSiyasət

Ənənəvi və Yaşıl Enerji Sahəsində Qlobal Hədəflər

Azərbaycan Almaniya və ümumilikdə Avropa İttifaqı üçün təkcə ənənəvi karbohidrogen resurslarının deyil, həm də gələcəyin yaşıl enerjisinin təchizatçısı kimi çıxış etməyi hədəfləyir. Hazırda Almaniya daxil olmaqla 10 Avropa ölkəsinə Azərbaycan qazı ixrac edilir.
Prezident İlham Əliyev Almaniyada bəyan etmişdir ki, Azərbaycan neft və qazla yanaşı, gələcəkdə bərpa olunan yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir. Bu qətiyyət qlobal enerji transformasiyası prosesində ölkəmizin rolunu artırır.
Enerji sahəsində qurulan bu çox genişmiqyaslı əməkdaşlıq qitənin enerji təhlükəsizliyinə misilsiz töhfə verir. Azərbaycan Avropanın tərəqqisi və sabitliyi üçün etibarlı tərəfdaş missiyasını uğurla davam etdirir.

Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button