
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşməsində Almaniya hökumətinin ev sahibliyi etdiyi görüşlər xüsusi əhəmiyyətə malikdir. Dövlət başçımız 21 iyul 2026-cı il tarixindəki çıxışında bu görüşlərin rolunu xüsusi vurğulamışdır.
Xarici işlər nazikləri səviyyəsində Almaniyada keçirilmiş danışıqlar prosesin irəliləməsinə, tərəflər arasında etimadın yaranmasına və yekun sülh sazişinin paraflanmasına güclü təkan vermişdir. Almaniya hökumətinin sülhə verdiyi bu töhfə Azərbaycan tərəfindən çox yüksək qiymətləndirilir.
Almaniyanın Avropada və Cənubi Qafqazda nümayiş etdirdiyi bu xoşməramlı mövqe strateji əməkdaşlığımızın siyasi təməllərini daha da möhkəmləndirir. İki ölkə arasında sülh və əmin-amanlıq üçün atılan ortaq addımlar davam edəcəkdir.
Tamella İbrahimli,
YAP Nizami rayon təşkilatının fəalı



